87
12:23
14 Avqust 2019

Qusarda 615 abonent qazsız qaldı - SƏBƏB

Qusar rayonunun Balaqusar, Həsənqala kəndləri istiqamətində istismarda olan qaz xəttini avtomobillə vurub zədələyiblər.

“Azəriqaz”-dan Lent.az -a verilən məlumata görə, dünən axşam saat 16:50-dən həmin ərazinin qaz təchizatı daxildən dayandırılıb. Təmir-bərpa işləri müddətində ümumilikdə 615 abonentin qaz təchizatında fasilə yaranıb.