140
11:54
14 Avqust 2019

Azərbaycan Premyer Liqasında ilk turun təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqada I turun oyunları üçün hakim təyinatları açıqlanıb.

APA -nın məlumatına görə, mövsümün “Keşlə” və “Qarabağ” arasında keçiriləcək ilk matçı Orxan Məmmədova həvalə edilib.

Turun son qarşılaşması – “Sabah” – “Neftçi” qarşılaşmasında isə Əliyar Ağayev iş başında olacaq.

16 avqust (cümə)

“Keşlə” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Dalğa Arena”, 19:00

17 avqust (şənbə)
“Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 19:00

18 avqust (bazar)
“Səbail” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”, 20:00

19 avqust (bazar ertəsi)
“Neftçi” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”, 20:00