215
11:19
14 Avqust 2019

Bədii gimnastika üzrə Azərbaycan çempionatının keçiriləcəyi tarix bəlli oldu

Bədii gimnastika üzrə Azərbaycan və Bakı çempionatının keçiriləcəyi tarix dəqiqləşib.
Azərbaycan Gimnastika Federasiyasından APA -ya verilən məlumata görə, 26-cı dəfə təşkil olunacaq yarış avqustun 29-31-də olacaq.
Fərdi yarışlarda gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparacaqlar. İştirakçılar arasında “Ocaq Sport”, “AyUlduz”, “GymKids”, “Zabrat” klubları, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt şəhəri, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alacaqlar.