359
08:34
14 Avqust 2019

Qadın qəflətən keçindi: səbəbi araşdırılır

Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.
APA xəbər verir ki, şəhərin 12-ci mikrorayon ərazisində yerləşən 33 nömrəli yataqxanada 1951-ci il təvəllüdlü Əzizə Hacıyeva qəfildən dünyasını dəyişib.
Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları araşdırma aparır.