947
19:51
13 Avqust 2019

Maşını dərəyə aşırdı: Sürücü yaralandı, oğlu təkərin... - YENİLƏNİB - 1

Fövqəladə Hallar Nazirliyi Muğanlı-İsmayıllı yolunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
APA nazirliyin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Muğanlı kəndində “KamAZ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin, 17 yaşlı Hüseynov Süleyman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
18:08
İsmayıllıda yük avtomobilinin dərəyə aşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub.
APA -nın yerli bürosunun xəbərinə görə, hadisə zamanı “HOVA” markalı yük avtomobilinin sürücüsü, Göyçay rayon sakini, 58 yaşlı Hüseynov Fazil Hüseyn oğlu xəsarət alıb. Maşında olan sürücünün oğlu, 17 yaşlı Süleyman Hüseynov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti FHN xilasediciləri tərəfindən yük avtomobilinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
17:45
Muğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 61-ci kilometrliyində, İsmayıllı rayonu ərazisində qeyd alınıb. “HOVA” markalı, 99 CZ 905 dövlət nömrə nişanlı yük avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü xəsarət alıb, onun oğlu isə aşan avtomobilin təkərinin altında qalaraq dünyasını dəyişib.
Hadisə yerinə FHN-nin xilasetmə qrupunun əməkdaşları cəlb olunub.
Hazırda meyitin yük avtomobilinin altından çıxarılması üçün tədbirlər görülür.