265
14:32
13 Avqust 2019

Ölümcül virusa qarşı yeni dərmanlar tapıldı

Afrikada minlərlə insanın həyatını itirməsinə səbəb olan Ebola virusunun müalicəsində yenilik var.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki müxtəlif dərman üzərində sınaq aparan Amerika alimləri yaxın zamanda virusun qarşısının alınmasının mümkünlüyünü açıqlayıb.

Onlar REGN-EB3 və mAb114 adlı iki dərmanla bağlı apardıqları araşdırmanın nəticəsində açıqlayıblar ki, bu dərmanlar Ebola virusunun müalicəsinə müsbət təsir göstərə bilər.

Alimlər qeyd ediblər ki, hansı dərmana üstünlük veriləcəyi isə xəstələri müalicə edən həkimlərin seçimi ilə müəyyən ediləcək.