192
13:23
13 Avqust 2019

“Qarabağ” bugünkü oyunun favoritidir

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) matçının əmsalları açıqlanıb.
APA -nın məlumatına görə, bukmekerlər Azərbaycan çempionunu şanslı hesab edirlər.
Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda bu gün baş tutacaq qarşılaşmada təmsilçimizin qələbəsi 2,16 əmsalla qiymətləndirilibsə, qonaqların qalib gəlməsinə 3,06 əmsal verilib. Görüşdə heç-heçə əmsalı isə 3,38-dir.