127
12:44
13 Avqust 2019

Latviya Azərbaycana yeni səfir təyin etdi

Latviyanın Azərbaycanda yeni səfiri təyin olunub.
APA -nın məlumatına görə, Dainis Garançs Latviyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri təyin edilib.
Bu gün Riqa sarayında keçirilən xüsusi mərasimdə ölkə prezidenti Egils Levits etibarnaməni Dainis Garançsa təqdim edib.
Qeyd edək ki, Dainis Garançs bundan əvvəl Latviyanın Ukrayna, Özbəkistan, Polşa, Qazaxıstan və İsveç səfirliklərində çalışıb.
İngilis, rus, polyak və fransız dillərini bilir.