167
12:06
13 Avqust 2019

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti olacaq.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.

Bakıda gecə 20-22 dərəcə, gündüz 29-31 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24 dərəcə isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 14-də hava sasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 19-24 dərəcə isti təşkil edəcək.