232
10:15
13 Avqust 2019

Mauro İkardi bu klublara keçməkdən imtina edib

İtaliyanın “İnter” klubunun futbolçusu Mauro İkardi “Yuventus”a keçə bilər.
APA -nın məlumatına görə, argentinalı hücumçu “Napoli”, “Roma” və “Monako”ya keçməkdən imtina edib.
Buna səbəb onun məhz Turin klubuna keçmək istəyidir. M.İkardi “Yuventus”la şəxsi müqaviləsinin şərtlərini də razılaşdırıb. Yeni klubu ilə 5 illik müqavilə imzalayacaq cənubi amerikalı ildə 8 milyon avro qazanacaq. Lakin bu rəqəm bonuslar hesabına daha da arta bilər.
M.İkardinin keçidinin gerçəkləşməsi üçün “Yuventus”un “İnter”in istədiyi məbləği ödəməsi lazımdır. Turinlilər Paulo Dibala və Mario Mancukiçin transferindən əldə olunacaq vəsaiti yeni oyunçunun keçidinə xərcləmək niyyətindədir.