7889
16:18
12 Avqust 2019

Nura Suri: "Əxlaqsızın böyüyüdür"

"Mənim 2000-ci illərdən bəri internetdə belə fotolarım var və bu, məni narahat etmir".
Lent.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Nura Suri bikinili şəkillərini nəzərdə tutaraq yazıb.
Sənətçi əxlaqın geyimlə ölçülməsinə qarşı çıxdığını bildirib:
"Əgər fotolarım kimisə narahat edirsə, baxmasın. Kimsə əxlaqı açıq-saçıq geyimlə ölçürsə, özü əxlaqsızın böyüyüdür. Özümə və həyat tərzimə arxayınam. Tanımadığım bədniyətli insanların fikri vecimə deyil. Əgər olsaydı, belə şəkillər paylaşmazdım. Hamınıza xoşbəxt olmağı arzu edirəm".