137
05:17
11 Avqust 2019

Milli Kitabxanada “12 avqust - Beynəlxalq Gənclər günüdür” adlı sərgi açılıb

Avqustun 10-da Milli kitabxanada“12 avqust - Beynəlxalq Gənclər günüdür” adlı kitab və dövri mətbuat nümunələrindən ibarət geniş sərgi açılıb.

APA xəbər verir ki, Azərbaycan və dünya gənclərinin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə keçirilən sərgidə Azərbaycan, rus və digər dillərdə kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb.