1146
16:53
10 Avqust 2019

Universitetlərə qəbul balı bu il aşağı düşdü - EKSPERT

Azərbaycan bölməsində I qrup üzrə ən populyar ixtisas Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyidir.
Ötən il bu ixtisasa dövlət sifarişi əsasında 540-dan çox nəticəsi olanlar qəbul olunub.

Lent.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov açıqlama verib.

O bildirib ki, qeyd olunan ixtisasın bu ilki keçid balı 522,3 bal olub.

Ekspert qeyd edib ki, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetində 2018-ci ildə tədris dili ingilis dilində olan Maliyyə ixtisasına dövlət hesabına 667 balla sonuncu qəbul olubsa, bu il il sonuncu qəbul olan şəxs 643,4 balla həmin ixtisasa qəbulolub.

III qrupda Azərbaycan Dillər Universitetində İngilis dili müəllimi ixtisasına dövlət vəsaiti hesabına 2018-ci ildə sonuncu qəbul olan abituriyent 584 balla keçmişdisə, bu il bu rəqəm 527,4 bal olub. Yaxud həmin ixtisas üzrə ödənişli əsaslarla qəbul 2018-ci ildə 416 bal idisə, bu il 464.6 toplayan abituriyent qəbul olub.

IV qrupda Azərbaycan Tibb Universiteti Müalicə işi ixtisasına 2018-ci ildə dövlət hesabına sonuncu abituriyent 662 balla qəbul olmuşdusa, bu il 578.7 balla qəbul olub. Yaxud həmin ixtisas üzrə ödənişli təhsillə bağlı sonuncu qəbul nəticəsi 609 bal idisə, bu il 575,4 bal toplayan abituriyent qəbul ola bilib.