226
11:44
09 Avqust 2019

Klublarımız yay transferində bu qədər pul xərcləyib

İngiltərə Premyer Liqasında çıxış edən klubların yay transferlərinə xərclədiyi məbləğ bəlli olub.
APA -nın məlumatına görə, klublar yay transfer dövründə 1 milyard 386 milyon funt sterlinq xərcləyiblər.
Bu göstərici 2017-ci ilin rekordundan geri qalıb. Həmin vaxt Premyer Liqa təmsilçilərinin transfer xərcləri 1 milyard 455 milyon olub.
Bu yay Premyer Liqanın ən bahalı transferi Qarri Maquayr üçün “Mançester Yunayted” “Lester”ə 78,3 milyon ödəyib. “Arsenal”ın “Lill”dən 72 milyona aldığı Nikola Pepe 2-ci, “Mançester Siti”nin “Atletiko”dan 63 milyona transfer etdiyi Rodri 3-cüdür.