247
05:31
09 Avqust 2019

Belarusda S-300 kompleksi qəzaya uğrayıb

Belarusda S-300 zenit-raket kompleksi quraşdırılmış “Favorit” texnikası Polotsk şəhəri yaxınlığında qəzaya uğrayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin nümayəndəsi Natalya Qavrusik bildirib.

S-300 texnikasının iştirakı ilə olan qəza hərbi karvanın daimi yerləşmə məntəqəsinə doğru hərəkət etdiyi zaman baş verib.

“Döyüş komplektinin olmadığı kompleks karvanın tərkibində 30 km/saat sürətilə hərəkət edirdi. Bu vaxt sürücü idarəetməni itirib”, - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, qəza nəticəsində xəsarət alan olmasa da, hərbi texnika xəndəyə düşüb.