930
19:12
08 Avqust 2019

"Whatsapp"da ciddi sistem boşluğu aşkar edildi

İsrailin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point Software Technologies şirkəti məşhur "Whatsapp" messencerində ciddi sistem boşluğu aşkar edib.
Lent.az "technote"a istinadla xəbər verir ki, bu sistem boşluğu vasitəsilə hackerlər özəl və qrup çatlarındakı meajlara düzəlişlər edə bilərlər.
Mütəxəssislər mesajlara düzəliş etməyin 3 yolunu aşkar ediblər. İlk üsul qrup çatlarında olan Sitat funksiyası ilə əlaqəlidir. Bu funksiya vasitəsilə hackerlər mesajı göndərmiş şəxsi dəyişdirə bilirdilər. İkinci üsul vasitəsilə hackerlər digər istifadəçi tərəfindən göndərilmiş cavab mesajını dəyişə bilirdilər.
Aradan qaldırılmış üçüncü üsul vasitəsilə isə hackerlər göndərilmiş mesajı özəl şəkildə göndərilmiş mesaj kimi qələmə verə bilirdilər. Qrup çatında olan istifdəçilərdən biri bu cür mesaja cavab verən zaman onun cavabı qrup çatındakı bütün istifadəçilərə görünürdü. Bloomberg-in verdiyi məlumata əsasən Check Point Software Technologies şirkəti bu sistem boşluqları barəsində məlumatları şirkətə hələ keçən ilin sonunda vermişdi. Lakin bu sistem boşluqları hələ indi qismən aradan qaldırılıb.