331
16:30
08 Avqust 2019

Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.
APA -nın məlumatına görə, FİFA referisi III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək LASK (Avstriya) – “Bazel” (İsveçrə) qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, matç avqustun 13-də keçiriləcək. İlk oyunda LASK 2:1 hesabı ilə qalib gəlib.