360
16:13
08 Avqust 2019

Qafqazlılar Ləzkinka oynamaq üçün küçəni belə bağladılar - VİDEO

Avqustun 7-də gecə Qafqaz millətinin nümayəndələri Ləzginka rəqsi üçün Kaluqada Kirov küçəsini bağlayıblar.
Lent.az Rusiya KİV-nə istinadla xəbər verir ki, şəhərin küçəsindəki video müşahidə kameralarına düşən video sosial şəbəkədə yayılıb. Videodan görünür ki, küçələrin kəsişdiyi yerə gələn 5 avtomobil digər maşınların hərəkətini dayandırır. Maşından düşən gənclərdən birinin əlində avtomat silah da olub. Bir neçə gənc Ləzginqa oynayır, qalanlar bu səhnəni telefonla çəkir.
Bildirilir ki, polis maşınlarının həyəcan siqnalını eşitməsəydilər, qafqazlıların ətrafdakılara qarşı bu hörmətsizliyinin nə qədər davam edəcəyi məlum deyildi. Onlar dərhal avtomobillərinə yığışaraq oradan uzaqlaşıblar.