257
14:28
08 Avqust 2019

“Neftçi” İsrail klubu ilə oyunda favoritdir

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” (Azərbaycan) – “Bney Yehuda” (İsrail) oyununun əmsalları açıqlanıb.
APA -nın məlumatına görə, bukmeker kontorları Bakı klubunu favorit sayırlar.
“Bakcell Arena”da bu gün baş tutacaq matçda “Neftçi”nin qələbəsi 1,53, məğlubiyyəti 6,80 əmsaldır. Matçda heç-heçəyə 4,18 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.