283
12:39
08 Avqust 2019

"Qarabağ" APOEL-in baş məşqçisini göndərdi

Kiprin APOEL futbol klubunun baş məşqçi Paulo Tramezani istefaya göndərilib.
APA -nın klubun saytına istinadən məlumatına görə, 49 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.
Onunla yolların ayrılmasında Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Azərbaycan çempionu “Qarabağ”a 1:2 hesabı ilə uduzması rol oynayıb. İtaliyalı mütəxəssisi hələlik kimin əvəzləyəcəyi açıqlanmayıb.
Qeyd edək ki, APOEL “Qarabağ”la cavab oyununu avqustun 13-də Bakıda keçirəcək.