466
12:47
08 Avqust 2019

Müğənni həyatından danışarkən ağladı

Müğənni Rahidə Baxışova şəxsi həyatından danışarkən göz yaşlarını saxlaya bilməyib.
Lent.az xəbər verir ki, “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramının qonağı olan sənətçi övladlarını tək böyütməsindən danışarkən kövrəlib:
“Tək qadın üçün övlad böyütmək, ona tərbiyə vermək çox çətindir. Ailənin bütün yükünü qadın öz üzərinə götürür. Mən çox güclü qadınam, uşaqlıqdan bu çətinliklərlə böyümüşəm”.
Qeyd edək ki, R.Baxışova həyat yoldaşından boşanıb. Onun bu nigahdan bir qız və bir oğlan övladı var.