216
11:25
08 Avqust 2019

İngiltərə çempionu “Yuventus”un müdafiəçisini transfer etdi

İngiltərənin “Mançester Siti” klubu heyətinə yeni futbolçu qatıb.
APA -nın məlumatına görə, “şəhərlilər” Portuqaliya millisinin müdafiəçisi Juan Kanselunu rənglərinə bağlayıblar.
İngilislər İtaliya “Yuventus”undan transfer edilən 25 yaşlı Avropa çempionu üçün 65 milyon avro ödəyiblər. J. Kanselu 2025-ci ilədək “Mançester Siti”nin şərəfini qoruyacaq.
Qeyd edək ki, müdafiəçi ötən mövsüm “Yuventus”un heyətində 34 oyuna çıxıb və 1 qol vurub.