142
10:53
08 Avqust 2019

Venesuela hökuməti müxalifətlə danışıqları dayandırdı

Venesuela hökuməti müxalifətlə avqustun 8-9-da Barbadosda keçirilməsi planlaşdırılan görüşə nümayəndə göndərməyəcək.
APA -nın məlumatına görə, bu barədə Venesuela Prezidenti Nikolas Maduro “Twitter”də yazıb.
Prezident N. Maduro bildirib ki, ABŞ Prezidenti Donald Tramp Administrasiyasının Venesuelaya qarşı aqressiv siyasətini və müxalifətin bu siyasəti dəstəkləyən hərəkətlərini gördükdən sonra müxalifətlə danışıqları dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, Venesuela hökuməti ilə Xuan Quaydonun liderlik etdiyi müxalifət arasında danışıqlar Norveçin təşəbbüsü ilə may ayından başlayıb.