135
07:18
08 Avqust 2019

Tayvanda 5.9 bal gücündə zəlzələ baş verib

Avqustun 8-də Tayvan sahillərində 5.9 bal gücündə zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Episentri 40 mindən çox insanın yaşadığı Suao şəhərindən 16 km cənub-şərqdə yerləşən zəlzələnin mərkəzi 10 km dərinlikdə olub.
Hələlik xəsarət və ya dağıntılar, eləcə də sunami təhlükəsi barədə məlumat verilməyib.
Qeyd edək ki, 23 milyon əhalisi olan Tayvan (ÇXR-in inzibati vahidi) Şərqi Asiyanın ən seysmik aktiv zonalarından birində yerləşir.