510
16:44
07 Avqust 2019

Əməkdar artist: "Tanımasaydım, çirkabından xəbərim olmasaydı..."

Əməkdar artist Nigar Şabanova “instagram”da maraqlı paylaşım edib.
Lent.az -ın məlumatına görə, müğənni şəxsi səhifəsində paylaşdığı fotosuna bu sözləri yazıb:
“Yaşıl meşələr kənardan necə gözəl və hüzur verici görsənir. Amma yaxınlaşdıqca qəribə hislər yaranır insanın içində. Dənizə gedincə rahatlıq tapır insan, amma dənizçilər və dənizi tanıyanlar bilir seyr etdiyimiz kimi gözəl, olmadığını. Restoranda tanımadığın bir yemək görərsən, həvəslə baxarsan, düşünərsən necə gözəldir. Sifariş edib dadına baxarsan, görərsən ki, göründüyü kimi gözəl deyilmiş. Bəzi insanlar da belədir, kənardan mülayim fərqli görünsələr də tanıdıqca kaş ki elə kənardan izləsəydim, tanımasaydım, çirkabından xəbərim olmasaydı, gözümdən düşməsəydi. Bəli, heç kim, heç nə kənardan göründüyü və özünü təqdim etdiyi kimi deyil. Kimdə nə yoxdur, hər zaman o haqda çox danışır”.