232
15:16
07 Avqust 2019

Məşhur futbolçu federasiya prezidenti olmaq istəyir

İngiltərənin “Çelsi” klubunun sabiq futbolçusu Didye Droqba Fil Dişi Sahili Futbol Federasiyasının prezidenti ola bilər.
APA -nın məlumatına görə, futbol veteranı seçkilərdə namizədliyini irəli sürmək niyyətindədir.
Seçkilər bu ilin noyabrında baş tutacaq. Futbol funksioneri kimi müəyyən təcrübə toplaması D.Droqbada belə istək yaradıb.
O, bir müddət öncə Afrika Futbol Konfederasiyasında vəzifə alıb. Veteran hücumçu hazırda qurumun prezidentinin müşaviri kimi fəaliyyət göstərir.
Qeyd edək ki, D. Droqba Fransa, Çin, Türkiyə, Kanada və ABŞ-da legioner həyatı yaşayıb.