2435
09:28
07 Avqust 2019

DƏHŞƏTLİ statistika: Azərbaycanda 87 uşaq cinayət nəticəsində ölüb

Azərbaycanda 2018-ci ildə törədilən cinayətlər nəticəsində 87 uşaq ölüb.
Lent.az Trend-ə istinadla xəbər verir ki, ölən uşaqların 64-ü oğlan, 23-ü qız olub.
Ümumilikdə, 2018-ci ildə törədilən cinayətlər nəticəsində 7304 nəfər xəsarət alıb ki, onun 4965-i kişi, 2339-u qadın olub. Xəsarət alanların 166-sı oğlan, 68-i qız olmaqla, 234-ü uşaq olub.
Ötən il törədilən cinayətlər nəticəsində 1226 nəfər ölüb. Onların 895-i kişi, 331-i qadın olub.