234
17:23
06 Avqust 2019

"Komandama kömək etməyə çalışacağam" - Renat Dadaşov

“Yeni klubumda daha çox qol vuracağıma ümid edirəm”.
APA -nın məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.
Portuqaliyanın “Eştoril” klubundan İngiltərə Premyer Liqa təmsilçisi “Vulverhempton”a transfer olunan, ardınca “Pakoş de Ferreyra”ya icarəyə verilən 20 yaşlı hücumçu keçidinə münasibət bildirib. Yenidən Portuqaliyada çıxış edəcək forvard Primeyra təmsilçisinə keçidi barədə danışıb: “Komandama yaxşı mövsüm keçirməkdə kömək etməyə çalışacağam. Eyni zamanda, öz oyun keyfiyyətlərimi də artıra biləcəyimə inanıram. Burada oynamaqla primeyra təcrübəsi də qazanacağam”.
Qeyd edək ki, Almaniya futbolunun yetirmələri olan, əvvəl bu ölkənin, ardınca Azərbaycan yığmalarının şərəfini qoruyan R.Dadaşov bu gün “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, 2019/20 mövsümün icarə əsasında “Pakoş de Ferreyra”da keçirəcək.