259
14:25
06 Avqust 2019

“Qarabağ” bu oyunda favorit sayılmır

Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb.
APA -nın məlumatına görə, bukmekerlər Azərbaycan çempionunu mövsümdə ilk dəfə favorit hesab etmirlər.
Nikosiyada bu gün baş tutacaq qarşılaşmada APOEL-in qələbəsi 2,01 əmsalla qiymətləndirilibsə, “Qarabağ”ın qalib gəlməsinə 4,44 əmsal verilib. Saat 21:00-da start götürəcək görüşdə heç-heçə əmsalı isə 3,19-dur.
Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda olacaq.