316
10:04
06 Avqust 2019

Aygün Ayla Dikmenin mahnısını oxudu

Xalq artisti Aygün Kazımova “Kim dinlər sizi” adlı mahnısını təqdim edib.
Lent.az -ın Axşam.az-a istinadən məlumatına görə, o, bu dəfə türkiyəli müğənni Ayla Dikmenin repertuarına müraciət edib.
Sənətçi 1975-ci ildə təqdim edilən mahnını remiks şəklində səsləndirib.
Mahnı A.Kazımovanın rəsmi “Youtube” kanalında təqdim olunub.