1105
17:43
05 Avqust 2019

Aynur iş adamı ilə ailə qurur - FOTOLAR

Bakı Bələdiyyə Teatrının aktrisası Aynur Naz avqustun 7-də ailə həyatı quracaq.
Bu barədə Lent.az -a açıqlama verən aktrisa bildirib ki, türkiyəli iş adamına ərə gedir:
“Əslində özəl günümün mətbuatda işıqlandırılmasının tərəfdarı deyiləm. Bir aktrisa olaraq yalnız öz rollarımla tamaşaçıların qarşısına çıxmağı sevirəm. Bircə onu deyə bilərəm ki, mənə dəyər verən insanla ailə qururam. Məclisdə bəy iştirak etməyəcək. Çünki bu qız toyudur. Bu məclisin adı ”Subaylığa vida gecəsi”dir. Xoş günümə yalnız sənətdə olan yaxın dostlarımı çağırmışam”.