234
17:29
05 Avqust 2019

“Liverpul” yeni qapıçı ilə müqavilə imzaladı

İngiltərənin “Liverpul” klubu heyətinə yeni futbolçu qatıb.
APA -nın məlumatına görə, Premyer Liqa təmsilçisi “Vest Hem” klubunun sabiq qapıçısı Adrianla müqavilə imzalayıb.
Belçikalı Simon Minyoleni “Brügge”yə çatan mersisaydlılar onun əvəzinə 32 yaşlı qolkiperi sıralarına qatıb. Yeni qapıçı ilə 2+1 illik müqavilə imzalanıb. “Vest Hem”lə müqaviləsi başa çatan Adrian “Liverpul”a azad agent kimi keçib.
Qeyd edək ki, qapıçı “Vest Hem”də 6 il çıxış edib.