235
16:03
05 Avqust 2019

“Neftçi”nin potensial rəqibi müəyyənləşdi

Bakının “Neftçi” klubunun Avropa Liqasında pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib.
APA -nın məlumatına görə, Premyer Liqasının ikincisi III təsnifat mərhələsində İsrail “Bney Yehuda”sını mübarizədən kənarlaşdıracağı halda, “Malmo” (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi cütün qalibi ilə üz-üzə gələcək.
“Neftçi” – “Bney Yehuda” cütün güclüsü ilk matçı səfərdə keçirəcək.