225
15:54
05 Avqust 2019

“Qarabağ”ın Avropa Liqasındakı mümkün rəqibləri bilindi

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
APA -nın məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən Azərbaycan klubunun da rəqibi müəyyənləşib.
Çempionlar Liqasında uğurla çıxış edən “Qarabağ”ın Kipr APOEL-i ilə pley-off mərhələsindəki cütünün mümkün rəqibi dəqiqləşib. Ağdamlıların cütündə uduzan komanda Avropa Liqasının "Sutyeska" (Monteneqro) – “Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. APOEL – “Qarabağ” görüşünün uğursuzu ilk matçı səfərdə keçirəcək.
Qeyd edək ki, Avropa Liqasının pley-offu avqustun 21-də və 28-də keçiriləcək.