212
15:30
05 Avqust 2019

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıldı

Avqustun 5-də Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün püşkü atılıb.
APA -nın məlumatına görə, sayca 28-ci ölkə çempionatında mübarizə aparacaq 8 klubun iştirak etdiyi tədbir AFFA-nın inzibati binasında baş tutub.
Püşk atıldıqdan sonra çempionatın ilk turunun cütləri dəqiqləşib. Avqustun 16-18-də start götürəcək mövsümün ilk turunda aşağıdakı oyunlar keçiriləcək:
I tur
16-18 avqust
“Neftçi” - “Sabah”
“Qəbələ” - “Sumqayıt”
“Səbail” - “Zirə”
“Keşlə” - “Qarabağ”
Qeyd edək ki, son illərdə olduğu kimi yeni mövsümdə də 8 komanda dairəvi sistemlə dörd dövrədə mübarizə aparacaq.