232
14:14
05 Avqust 2019

“Qarabağ”ın Çempionlar Liqasının pley-offundakı mümkün rəqibləri

Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
APA -nın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə III təsnifat mərhələsinin 10 cütü və yarışa pley-offdan başlayacaq 2 klub iştirak edib.
Püşkə əsasən, Çempionlar yolunda 4, Liqa yolunda 2 cütlük müəyyənləşib. Avqustun 20-21-də və 27-28-də keçiriləcək pley-offun Çempionlar yolunun püşkündə 6 cütlük və 2 klubun rəqibləri bəlli olub. Liqa yolunda isə 4 cütlük üçün rəqiblər müəyyənləşib.
Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibləri bilinib. Ağdam klubunun III təsnifat mərhələsində Kipr APOEL-i ilə təşkil etdiyi cütün bəxtinə PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütü düşüb. Bu iki cütün qalibi pley-offda Çempionlar Liqasının qrupuna vəsiqə uğrunda mübarizə aparacaq, uduzan isə Avropa Liqasının qrupuna düşəcək.
APOEL – “Qarabağ” cütünün qalibi ilk oyunu evdə keçirəcək.