283
18:04
04 Avqust 2019

"Formula-1" ilə bağlı yenilik

“Formula-1” üzrə yarışlarda mərhələlərin sayı 2020-ci ildən artırıla bilər.
APA -nın məlumatına görə, iştirakçı komandalar mövsüm ərzində 22 Qran-Pridə iştirak etməyə razılıq veriblər.
Onlar bu yeniliyin artıq növbəti mövsümdən tətbiq olunması ilə razılaşıblar. Bunu “Mersedes”in rəhbəri Toto Volf açıqlayıb.
O bildirib ki, yenilik çempionatın texniki reqlamentinə təsir etməməlidir: “Biz prinsipial razılıq əldə etmişik. Komandalar “Liberty Media”ya öz işi ilə məşğul olmağa imkan verməlidir. Onlar isə “Formula-1”i inkişaf etdirmək istəyir. Əgər yeni promouterlər tapılıbsa, biz də bunu dəstəkləməliyik. Amma buna görə texniki dəyişiklikləri imkan verməməliyik”.
Qeyd edək ki, hazırda yarış 21 mərhələdə keçirilir.