328
14:56
04 Avqust 2019

Türkiyə millisində işləyirdi, “Qarabağ”a gəldi

Türkiyəli fizioterapevt Murat Şahinoğlu yenidən “Qarabağ”a qayıdıb.
Təcrübəli mütəxəssis Ağdam klubunda fəaliyyətini bərpa edib.
Qeyd edək ki, M.Şahinoğlu uzun illər “Qarabağ”da çalışdıqdan sonra vətəni Türkiyəyə qayıtmışdı. Bundan sonra o, Türkiyə A millisi, “Beşiktaş”da işləyib. “Qarabağ”a qayıdanadək ölkəsinin U-19 millisində fizioterapevt idi.
(Qol.az)