261
13:29
04 Avqust 2019

"Mançester Yunayted"in yeni kapitanı

Müdafiəçi Eşli Yanq İngiltərənin "Mançester Yunayted" futbol klubunun yeni kapitanı təyin edilib.
Bunu "Mançester Yunayted"in baş məşqçisi Ule Qunnar Sulşer deyib.
Klubun baş məşqçisi bildirib: "Yanq yeni kapitandır. O, əsas heyətdə meydana çıxdığı zaman kapitan sarğısı onda olacaq. Klubun vitse-kapitanı 28-yaşlı ispaniyalı qapıçı David De Xea olacaq".
Qeyd edək ki, ötən mövsüm kapitan sarğısı ekvadorlu müdafiəçi Antoniu Valensiyada olub, lakin mövsümün sonunda müdafiəçinin klubla razılaşmasının müddəti bitib və o komandanı tərk edib.
(Trend)