418
12:52
04 Avqust 2019

Azərbaycan XİN qurbanların ailələrinə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da dünən və bu gün törədilmiş atışmalarda ölənlərlə bağlı başsağlığı verib.
APA -nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində qeyd olunub.
"Çox sayda günahsız insanın ölümü və onlarla insanın yaralanması ilə nəticələnən ABŞ-ın Texas ştatının El Paso və Ohayo ştatının Deyton şəhərlərində baş vermiş dəhşətli hadisələrdən dərin kədər hissi keçiririk. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralananlara isə tez zamanda sağalmağı arzu edirik", - XİN bildirib.
Qeyd edək ki, avqustun 3-də ABŞ-ın Texas ştatının El Paso şəhərindəki Sielo Vista ticarət mərkəzində silahlı şəxsin insanlara atəş açması nəticəsində 20 nəfər ölüb. Bu gün isə ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb.