512
16:46
03 Avqust 2019

DİQQƏT: Bu gözəllik göstəricisi 90-60-90 tarix olur

Çox uzun illərdir ki, qadınlarda ideal bədən ölçüsü olaraq qəbul edilən və gözəllik yarışlarının da ən böyük göstəricilərindən biri olan 90-60-90 ölçüləri tarixəmi qovuşacaq?
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 19 yaşlı Thalia Olvino, 2019-cu ildə Venesuela gözəli seçilib. İndiyə qədər 7 dünya gözəli tacının 6-sını Venesuela gözəlləri qazanmışdı. Ölkədə, gözəllik yarışları sayəsində karyera əldə etmək istəyənlər, yeni bir sektor yaratmışdı.
67 ildir keçirilən yarışda ilk dəfə bu il, qadınların döş, bel və bud ölçülərinə yer verilməyib.
Təşkilatçılar 90-60-90 ölçüsünün bir gözəllik meyarı olmadığına qərar verib.
Bunun sayəsində qadınların bədən ölçüləri mövzusunda məruz qaldıqları təzyiqin azalması gözlənir.
90-60-90 ölçüləri qadınlarda müvafiq döş, bel və bud dairəsinin ölçülməsi ilə əldə edilir və ideal qadın bədəninin bu ölçülərə malik olması gözlənilir.