265
16:05
03 Avqust 2019

Dibala İngiltərə klubuna keçmək üçün şərt irəli sürdü

“Yuventus”un hücumçusu Paolo Dibala “Mançester Yunayted”in rəhbərliyi qarşısında şərt irəli sürüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı həftəlik maaşı 350 min avro olarsa, İngiltərə klubu ilə müqavilə imzalamağa hazırdır.
Məlumata görə, əgər “mankuianlar” Dibalanın şərtinə razılaşarsa, argentinalı İngiltərə klubunda maaş üzrə üçüncü yerdə olacaq. “Mançester Yunayted”də ondan daha çox qazanan yalnız qapıçı David de Xea və hücumçu Aleksis Sançesdir.
Bundan əvvəl xəbər verilirdi ki, “Mançester Ynayted” və “Yuventus” hücumçuları Romelu Lukaku və Paolo Dibalanın dəyişdirilməsi ilə bağlı prinsipail razılığa gəliblər. Hətta qeyd edilirdi ki, İtaliya klubunun rəhbərliyi argentinalının İngiltərə getmək üçün yola gətirəcəklərinə inanır.
Əlavə edək ki, Dibala 4 il ərzində “Yuventus”da bütün turnirlərdə 182 oyun keçirib, 78 qol vurub və 30 məhsuldar ötürmə verib.