183
12:15
03 Avqust 2019

PSV-nin meksikalı hücumçusu "Napoli"yə keçir

İtaliyanın “Napoli” klubu növbəti transferini reallaşdırır.
APA -nın məlumatına görə, A seriyası təmsilçisi meksikalı hücumçu İrvin Losanonu heyətinə qatmağa hazırlaşır.
Klub rəhbərliyi futbolçunun çıxış etdiyi Hollandiya PSV-si ilə keçidi barədə razılıq əldə edib. Transfer 42 milyon avroya başa gələcək.
Qeyd edək ki, neapollular 24 yaşlı hücumçunun özü ilə beş illik müqaviləni daha öncədən razılaşdırıblar.