293
10:55
03 Avqust 2019

Messi ilə bağlı ŞOK qərar: Üç ay oynamayacaq

Cənubi Amerika futbol konfederasiyası Argentina millisinin hücumçusu Lionel Messini 3 ay oynamaqdan məhrum edib və 50 min dollar cərimələyib.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, 32 yaşlı oyunçu Amerika Kubokunda üçüncü yer uğrunda Çili ilə oyundan sonra təşkilatın ünvanına tənqidlətinə görə cəzalandırılıb. “Barselona”nın da şərəfini qoruyan Messi həmin oyunda qərməzə vərəqə alaraq meydandan qovulub və etiraz olaraq mükafatlandırma mərasimində iştirak etməyib.
Messi oyundan sonra söyləmişdi ki, adıçəkilən təşkilat korrupsiyaya çirkabına bulaşıb, Braziliyanın həmin ölkədə təşkil olunan turnirdə qalib gəlməsi əvvəlcədən müəyyənləşdirilib.
Qeyd edək ki, Messi cəzası başa çatana qədər Argentina millisi yalnız yoldaşlıq görüşləri oynayacaq. Bunlar sentyabrın 5-də Çili, həmin ayın 10-da Meksika, eləcə də oktyabrın 9-da Almaniya ilə qarşılaşmalardır.