262
10:10
03 Avqust 2019

“Real” Neymar üçün mübarizəyə qoşuldu

Madridin “Real” klubu PSJ-nin və Braziliya millisinin hücumçusu Neymar uğrunda mübarizəyə qoşulub.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, “Kral klubu” PSJ-yə oyunçu dəyişdirilməsini təklif etməyə də hazırdır. Bu məqsədlə hətta xorvatiyalı Luka Modriçin də Paris təmsilçisinə verilməsi mümkün hesab olunur. Sövdəlşməyə “Real”ın digər oyunçuları da daxil edilə bilər.
Bundan əvvəl xəbər verilirdi ki, 27 yaşlı hücumçu ilə Turinin “Yuventus” klubu da maraqlanır. İtaliya təmsilçisi də PSJ-ə əsas heyətin oyunçularını dəyişiklik üçün təklif edə bilər. Bu oyunçular xavbek Bleza Matyuidi və argentinalı forvard Paulo Dibaladır.
Məlumata görə, Neymar “Barselona”ya qayıtmaq istəyindədir. Bu transfer Fransa tərəfinin yüksək maliyyə tələbi səbəbindən çətinləşir.
Neymar PSJ-yə 2017-ci ildə qoşulub. “Barselona”nın oyunçusunun transferi dünya futbolu üçün rekord məbləğ - 222 milyon avro olub.