348
19:06
02 Avqust 2019

“Neftçi”dən London “Arsenal”ına ATMACA

Dünən axam "Arsenal”ı Bakıda 3:0 hesabıyla məğlub edən "Neftçi” bütün xalqımızı sevindirdi.
Lent.az sport7.az-a istinadlaxəbər verir ki, oyundan öncə də tulalılarla zarafatlaşan "Neftçi” sosial şəbəkələrdə yenə fəal davranıb.
Bu dəfə "ağ-qaralar”ın atmacalarında Londonun eyniadlı klubu da nəsibini alıb.
Aşağıdakı fotodan gördüyünüz kimi, "Neftçi”nin rəsmi səhifəsində belə bir "tvit” yazılıb: "Qəm yemə, "Arsenal”. Siz bu il Bakıda uduzan yeganə "Arsenal” deyilsiz”.
Başa düşmək çətin deyil ki, "ağ-qaralar” bu statusla London klubunun may ayındakı finalda "Çelsi”yə uduzmasını nəzərdə tuturlar.