702
16:30
02 Avqust 2019

"Kamil iki gündən bir gəzir"

"Əzəldən "İnstaqram" səhifəsini bağlı saxlayıram. Belə sanballıdır. Bu da onu göstərir ki, hamısı real izləyicidir. Bir də görürsən açıq səhifədir, izləyicisi çox. Bu da şübhə yaradır".
Lent.az axsham.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "5/5" verilişində deyib. O, "İnstaqram" haqda sualları cavablandırıb. Aparıcının "Niyə Kamil Zeynallını izləmirsən" sualına belə cavab verib:
"Kamil məni izləyir ki, onu da izləyim? Kim məni izləyirsə, mən də onu izləyirəm.
Kamil iki gündən bir gəzir, səfərdədir. Hələ mən gedə bilməmişəm. Yeni işlərim, mahnılarım var. Onları yazdırıb, sonra gedəcəm".
Qeyd edək ki, Gülay və Kamil cütlüyünün Sahilə adlı qız övladı var.