230
16:21
02 Avqust 2019

"Neftçi"nin Avropa Liqasındakı növbəti oyununun hakimləri açıqlandı

Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Bney Yehuda” matçının təyinatları açıqlanıb.
APA -nın məlumatına görə, oyun Fransadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək. UEFA nümayəndəsi İonel Piskanu (Rumıniya), hakim-inspektor isə Kyell Alset (Norveç) olacaq.
Xatırladaq ki, avqustun 8-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Bney Yehuda” oyunu saat 21:00-da başlanacaq.