237
14:59
02 Avqust 2019

İspaniya klubunun oyunçusu “Qalatasaray”da

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
APA -nın məlumatına görə, İstanbul təmsilçisi Türkiyə milli komandasının oyunçusu Əmre Moru icarəyə götürüb.
İspaniyanın “Selta” klubu ilə futbolçusu 2019/2020 mövsümündə “sarı-qırmızılar”ın formasını geyinəcək. “Qalatasaray” Viqo təmsilçisinə 600 min avro ödəyəcək. Futbolçunun özü isə bu keçiddən 725 min avro qazanacaq.
Müqaviləyə əsasən, istanbullular bir ildən sonra 8 milyon avro ödəməklə 22 yaşlı hücumçunu transfer edə bilərlər.