216
11:51
02 Avqust 2019

Azərbaycanlı zəvvarların ilk qrupu Məkkəyə çatıb

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gecə təyyarə ilə yola düşüb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA -ya verilən məlumata görə, zəvvarlar artıq Məkkə şəhərinə çatıblar.
Bildirilib ki, zəvvarların ikinci qrupu bu gün saat 14:50-də yola düşəcək.
Qeyd olunub ki, Həcc ziyarətinə gedəcək zəvvarlar 5 avqusta qədər təyyarı ilə yola salınacaq. Zəvvarlar avqustun 21-25-də geri dönəcəklər.
Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarəti üçün ayrılan 1400 nəfərlik kvota dolub. Azərbaycandan Həcc ziyarətinə gedəcək ən yaşlı zəvvarın 80, ən gənc zəvvarın isə 19 yaşı var.